Bakıda ev yanıb - FHN

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 60 m2 olan birmərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.