Şəki sakini sirkə turşusundan zəhərlənib

 23:05 03.09.2020     131

Şəkidə 61 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

Redaktor.az-ın məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhər sakini, 1959-cu il təvəllüdlü Novruz Nurəddin oğlu Mustafayev zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı N.Mustafayevin yaşadığı ünvanda bilməyərəkdən araq əvəzinə sirkə turşusu içərək zəhərləndiyi məlum olub. N.Mustafayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.