Göyçayda çayxanada yanğın baş verib

 08:54 04.09.2020     335

Göyçay rayonunun Bəydövül kəndində ümumi sahəsi 120 m2 olan çayxana kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.