Bakıda moped yük maşınına çırpıldı, ölən var

 10:10 04.09.2020     424

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Zahir Mirzəyev mopedlə hərəkətdə olarkən idarəetməni itirərək qarşısında hərəkətdə olan Yelmar Əsədovun idarə etdiyi yük maşınına çırpılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Z.Mirzəyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.