Polisə tabe olmayan sürücü özünü bıçaqlayıb

 10:36 04.09.2020     674

Bakıda polisin “saxla” əmrinə tabe olmayan minik avtomobili sürücüsü özünü bıçaqlayıb.

Redaktor.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, idarə etdiyi avtomobilə həbs qoyulan 1990-cı il təvəllüdlü Abdullayev Qormaz Şahmar oğluna yol polisi əməkdaşları tərəfindən "saxla" əmri verilib.

Sürücü verilən əmrə tabe olmayaraq sürətlə ərazidən uzaqlaşıb. Sabunçu rayon ərazisində saxlanılan sürücü bu dəfə bıçaqla özünə bir neçə yerdən xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.