Bu il 12 icra məmuru cəzalandırılıb - RƏSMİ

 12:25 04.09.2020     339

İcra xidmətində vətəndaşlara qarşı laqeyd münasibət göstərən, kobudluq edən icra məmurları ilə bağlı ciddi tədbirlər görülür.

Redaktor.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.

Rəis müavini qeyd edib ki, məsələ ilə bağlı nizam-intizam nümayiş etdirməyən icra məmurları ilə bağlı mübarizə tədbirləri davam etdirilir: "Təkcə 2020-ci ilin 6 ayı ərzində barəsində narazılıq yaranan 12 icra məmuru ilə bağlı qanuna uyğun, müvafiq tədbirlər görülüb. Bu tədbirlər davam etdirilir".