Bakıda avtomobildən meyit tapılıb

Bakıda avtomobildən kişi meyiti tapılıb.
Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Eldar Ramazan oğlunun idarə etdiyi avtomobildə meyiti aşkarlanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. //APA