Bakıda kran binanın üstünə aşdı, yaralılar var - VİDEO

 14:24 04.09.2020     1191

Bakıda qaldırıcı kran aşıb.

Redaktor.az-ın məlumatına görə, hadisə Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.

Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mMətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: "Həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik". //APA