Sabirabadda 81 yaşlı kişi arvadını qətlə yetirib

 16:59 04.09.2020     365

Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.

Redaktor.az-ın məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. //APA