Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

 22:05 04.09.2020     323

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 048 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 949 313 test aparılıb. Aktiv xəstə sayı 2 069 nəfərdir, onlardan 135 nəfər reanimasiyadadır, 16 nəfər isə süni tənəffüs aparatına qoşulub.