Bu şəhərlərdə iki gün avtobuslar işləməyəcək

 08:59 05.09.2020     670

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də sentyabrın 15-dək dayandırılıb.