Sumqayıtda oğlan nişanlısını qətlə yetirdi

 09:10 05.09.2020     380

Sumqayıtda qətl hadisəsi törədilib.

Redaktor.az-ın məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib. 

Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, M. Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb. //APA