Bakıda yaşayış evi yanıb - FHN

Bakının Səbail rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyalar 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.