Küçədə tapança tapıldı - BAKI

Bakıda küçədə tapança aşkarlanıb.
Redaktor.az-ın xəbərinə görə, hadisə sentyabrın 4-ü gecə saatlarında paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşları tərəfindən selofan paketə bükülmüş TT markalı tapança və boş darağı aşkar olunaraq götürülüb.
Araşdırmalar aparılır. //Report.az