Üç gün əvvəl itkin düşmüş uşağın meyiti tapılıb

 14:29 05.09.2020     296

Sentyabrın 2-də Sumqayıtda itkin düşən uşağın meyiti tapılıb.

Redaktor.az-ın məlumatına görə, 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun meyiti bu gün Ceyranbatan su anbarından tapılıb.

Qeyd edək ki, sentyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. //APA