İranda 1894 nəfər koronavirusa yoluxub

 15:50 05.09.2020     339

İranda ötən sutka ərzində 1 894 nəfərin koronavirusa (COVID 19) yoluxması öz təsdiqini tapıb.

Redaktor.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 384 666 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 708 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 110 nəfər koronavirusdan ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 22 154 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 332 131 nəfər koronavirusdan sağalıb. İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,35 milyondan çox diaqnoz testi həyata keçirilib.