Azərbaycanda daha 161 yoluxma qeydə alındı

 16:36 05.09.2020     462

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 min 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 min 565 nəfər müalicə olunaraq sağalıb, 545 nəfər vəfat edib, aktiv xəstə sayı 2082 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7179, ötən müddət ərzində isə ümumilikdə 956 492 test aparılıb.