Özünü körpüdən atmaq istədi, FHN xilas etdi...

 19:16 05.09.2020     404

Yevlax şəhərində bir nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyib. 

Redaktor.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. 

Nazirlikdən bildirilib ki, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.