Reanimasiyada olan COVID-19 xəstələrinin SAYI

 21:15 05.09.2020     176

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Redaktor.az xəbər verir ki, hazırda xəstələrin 131-i reanimasiyadadır. 

Məlumata görə, 12 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 2 082 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 192 nəfərə, sağalanların sayı 34 565 nəfərə, vəfat edənlərin sayı isə 545 nəfərə çatıb.