Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

 22:35 05.09.2020     1571

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 5-nə olan statistik göstəriciləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 179 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 956 492 test aparılıb. Aktiv xəstə sayı 2 082 nəfərdir, onlardan 131 nəfər reanimasiyadadır, 12 nəfər isə süni tənəffüs aparatına qoşulub.