Bakıda piyadanı avtomobil vurub

 23:55 05.09.2020     407

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Məmmədov Şəhaddətin Nadir oğlunu nəqliyyat vasitəsi vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.