Sumqayıt sakini narkotikin təsirindən ölüb

 10:18 06.09.2020     1189

Sumqayıtda küçədə meyit tapılıb.

Redaktor.az-ın məlumatına görə, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif  Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.