Sumqayıtda iki minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb

 17:43 06.09.2020     259

Sumqayıtda "Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

Redaktor.az-ın məlumatına görə, qəza zamanı 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı  və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və  2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı,  Əlizadə Rövşən Babək oğlu,  Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***

saat 16.37

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. //APA

1