Biləsuvarda avtomobil 24 yaşlı piyadanı vurub

 18:12 06.09.2020     267

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Biləsuvar rayonunun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Rauf Əliyev idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən, həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub.

Yaralı qadın müxtəlif bədən xəsarətləri alıb və Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.