Tovuzda 24 yaşlı gənc Kür çayında batıb

 19:09 06.09.2020     440

Tovuz rayonunda bir nəfər Kür çayında batıb.

Redaktor.az-ın məlumatına görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilli kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlu Kürdə boğulub.

Meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. //APA