Sabunçuda yanğın hadisəsi baş verib - FHN

 20:17 06.09.2020     452

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, 600 m² sahədə qamışlıq yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.