Ağstafada 7 top mərmisi aşkarlanıb - FOTO

 22:11 06.09.2020     133

Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Redaktor.az-a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif çaplı top mərmiləri aşkar olunub. Aşkar olunmuş mərmilərdən 6 ədədinin üzərində partladıcı başlığı olmadığına görə, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 1 ədəd top mərmisinin partladıcı başlığı üzərində olduğuna görə daşınması mümkün olmayıb və növbəti iş günü yerində zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.

Top mərmilərinin ətrafında 400 kv.m əraziyə yerüstü, 45 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

1

1

1

1