Sumqayıtda avtomobil yoldan çıxaraq aşıb - FOTO

 01:03 07.09.2020     324

Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində 4 nömrəli şəhər xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, Sumqayıt şəhər sakini Amil Almuradov idarə etdiyi “10 0B 677” dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobili yol ayrıcındakı işıq dirəyinə çırpıb. 

Zərbənin gücündən işıq dirəyi yerindən qopub, idarəetmədən çıxan avtomobil isə aşıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılan sürücü xəsarət almayıb. 

Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Əraziyə DYP əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub. Sürücü alkoqol testindən keçirilib, onun sərxoş olmadığı məlum olub. 

A.Almuradov hərəkətdə olarkən başqa bir avtomobilin onu sıxışdırması nəticəsində baş verdiyini  deyib.

Faktla bağlı araşdırma aparılır. //APA