Nazirlik əməkdaşı bu statusu yazıb intihar etdi - FOTO

 10:08 07.09.2020     3255

Xəbər verdiyimiz kimi, Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı Rauf Əsədov özünü yaşadığı mənzildə asaraq öldürüb.

Redaktor.az xəbər verir ki, o, intihar etməzdən öncə sosial media hesabında status paylaşıb:

"Elə bilməyin asandır bir anda hər şeydən imtina edib getmək! Yox, çox çətindir! Çox! Heç kim sənin nələr yaşadığını bilməz. Heç kim sənin nə dərdin olduğunu bilməz. Heç kim sənin içindən nələr çəkdiyini bilməz. Heç kim sənin nələr ilə mübarizə apardığını bilməz. Hətta heç kim sənin necə bir insan olduğunu belə bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər... Həyatda bağışla deyəcəyim iki insan var - həyat yoldaşım və oğlum! Bağışlayın, mən sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim. Sənin ayaq tozuna layiq olmayanlara dəyişdim səni, bağışla məni! Üzülmə, dik dur! Romana görə dik dur! Bütün dostlarıma, bir azdan əlvida deyəcəyim. Həyatda məni tanıyan hər kəsə əsla qınamayın və pis olmayın deyirəm".

1