BDU-nun dosenti vəfat edib - FOTO

 12:51 07.09.2020     611

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Aslanov Rövşən Bəxtiyar oğlu vəfat edib. 

BDU-dan Redaktor.az-a verilən məlumata görə, 72 yaşında dünyasını dəyişən R.Aslanov 1967-1973-cü illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb, 1974-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.