Bakı və Abşeron yarımadasında havada toz dumanı var

 14:58 07.09.2020     726

Bu gün Bakı və Abşeron yarımadasının atmosfer havasında toz dumanı müşahidə edilir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, peyk müşahidələrinə əsasən transsərhəd xarakter daşıyan və cənub, cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz dumanının 9 sentyabr axşam saatlarınadək davam edəcəyi gözlənilir.