Rayonlara yağış yağacaq, dolu düşəcək

 15:05 07.09.2020     899

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-22 dərəcə isti olacaq.

"Oğlum 5 ildir rus qızla yaşayır" - Nura Suri

 15:15 07.09.2020     1427

"Qadını heç vaxt başa düşməyəcəksən, çünki yaradan deyilsən. Qadının bətni yaradır. O, sevilmək, diqqət, "Hürrəm" kimi olmaq istəyir. İndi qadınların hamısı tanınmaq istəyir. İnstaqramda baxıb nə görür istəyir. İndi hamımız kölə obrazındaylq. Bizi dəblə idarə edirlər. Qadınlar bir-birinə bənzəyir. Alfonsluq çoxalıb, kişilər qadın hesabına yaşayır. Tərbiyəsizlik dəb halını alıb. Ağzına gələni danışır, mahnı oxuyub söyür, qəbul edilir".

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "Popumuz var" proqramında deyib. Qadınlardan danışan sənətçi insanların bir-birinə bənzədiyini bildirib:

"İndi hamı eyniləşib. Cəmiyyətlə tanınmışların fərqli yoxdur. İnstaqram fenomenləri görün kimlərdir, sənətə aidiyyatı olmayanlar gündəmdədir".

"İndi dinə inanmıram, yaradana inanıram. Düşünürəm ki, insanın dini-imanı bir olsaydı, onu idarə etmək qeyri-mümkün olardı".

Nura oğlu Xosrovun rus xanımla yaşadığını açıqlayıb:

"Evlənmiş kimidir, 5 ildir bir evdə yaşayırlar. Hələ də oğlumun həyatından çıxmayıb. Onlar Londonda tanış olub, Los-Ancelesdə yaşayırlar. Sevgi ülvi olmalıdır. Seks xatirinə kiminləsə münasibət qura bilmərəm. Qızı milliyətinə görə qəbul etmirəm. Oğluma olan münasibətinə görə qəbul edə bilmirəm. Amma oğluma hörmət edirəm, "Təhminə və Zaur"dakı Zaur deyil, ana sözü ilə qərar verib. Qızla danışmıram, amma nəsə olanda onları yönləndirirəm". //Axsam.az

Vumart və Güvən reklamı Vumart Güvən