DİQQƏT: Payız-qış aylarında yoluxma arta bilər - Azərbaycan

 10:56 08.09.2020     858

“Payız-qış mövsümü digər xəstəliklərin də fəallaşdığı dövrdür. COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Vüqar İsgəndərov deyib.   

“Nəzərə alınmalıdır ki, soyuq aylar digər xəstəliklərin də fəallaşdığı dövrdür. Hazırkı dövrdə ən başlıca vəzifə yeni növ koronavirus infeksiyasının yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Biz maksimum şəkildə özümümzü və yaxınlarımızı qorumalıyıq. Virus nisbətən azalsa da, hər an yenidən əvvəlki dinamikasına dönə bilər”, - deyə o bildirib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumatına görə, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.

Mahir Xəttab \ Redaktor.az