Saatlıda ölümlə nəticələnən yol qəzası olub

 18:43 07.09.2020     325

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildiriblər ki, rayonun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş İ.Salmanovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən