Bakıda məcburi köçkünlərin yaşadığı binada yanğın olub

 21:43 07.09.2020     314

Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

Redaktor. az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 300 kv/m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 80 kv/m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.