Bu gün daha 200 azərbaycanlı vətənə gətiriləcək - Gürcüstan

 06:17 08.09.2020     94

Bu gün Gürcüstandan daha 200 nəfərin Azərbaycana təxliyəsi həyata keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyindən məlumat verilib.

Təxliyə olunanlar ötən gün Tbilisidə koronavirusla bağlı laborator müayinədən keçiblər və testlərin nəticələri səhər məlum olacaq.

Analiz nəticələri mənfi çıxacaq şəxslərə xüsusi arayış təqdim olunandan sonra onlar sabah saat 10:00-da səfirliyin təşkilatçılığı ilə avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Səfirlikdən qeyd olunub ki, Azərbaycana növbəti təxliyə sentyabrın 14-nə planlaşdırılıb.

Qeyd edək ki, pandemiya dövründə 2 mindən çox insanın Azərbaycana təxliyəsi təmin olunub. Onların arasında Azərbaycan vətəndaşları və Gürcüstanda yaşayan soydaşlarımız üstünlük təşkil edir. //Report.az