İçərişəhərdə daha bir tarixi binada bərpa işləri aparılacaq

 09:10 08.09.2020     91

İçərişəhərdə XIV əsrə aid qədim “Multani” karvansarayında bərpa-konservasiya işlərinə başlanılıb.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsindən Redaktor.az-a verilən məlumata görə, bərpa-konservasiya işləri Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış və son 10 il ərzində İçərişəhərdə bir çox mühüm abidələrdə (o cümlədən Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Bəylər məscidi, Qoşa Qala Qapılarının portalı, Qala divarları, Yeraltı hamam və s.) uğurla ən müasir bərpa-konservasiya texnologiyaların istifadəsi ilə irimiqyaslı işlər aparan “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən aparılır.

Qeyd edək ki, “Multani” karvansarayında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.