Qadın iş yerində bıçaqlanıb - Mingəçevir

Mingəçevirdə bıçaqlanma faktı qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, naməlum şəxs Heydər Əliyev prospekti 21 ünvanında yerləşən aptekdə işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəəliyevanı işç yerində bıçaqlayıb və hadisə yerindən qaçıb.
Qadın xəstəxanaya çatdırılıb, durumu ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb. //APA