Ermənistanın Ramil Səfərovla bağlı iddiası RƏDD EDİLDİ

 20:49 08.09.2020     621

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın azərbaycanlı zabit Ramil Səfərova qarşı iddiasını rədd edib.

Redaktor.az-ın məlumatına görə, iki ərizəçinin - Budapeştdə öldürülən erməni zabiti Gurgen Markaryanın babası Samvel Minosyanın və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı iddiası təmin edilməyib.

Məhkəmə Gurgen Markaryanın qətlini Ramilin şəxsi hərəkəti kimi qiymətləndirərək, hadisənin Azərbaycan dövləti ilə əlaqəli olması barədə iddiaları rədd edib.

Digər məhkəmə qərarında Ramil Səfərovun Azərbaycana ekstradisiyasında heç bir prosessual pozuntu aşkar edilmədiyi və Macarıstana qarşı iddiaların da rədd edildiyi göstərilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib ki, AİHM Ermənistanın Ramil Səfərovla bağlı Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddiaları təmin etməyib: "AŞ PA-nın Siyasi komitəsinin iclası da keçirildi, bu məsələ, eləcə də ötən ay Tovuzda baş verən erməni təxribatı və digər məsələlər orada da müzakirə olundu. Biz iclasda erməni yalanlarını növbəti dəfə ifşa etdik". //Trend