Saatlı və Tərtər sakinlərindən odlu silah götürüldü

 12:27 09.09.2020     1064

Saatlı və Tərtər rayon sakinlərindən sənədi olmayan of tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Soltanabad kənd sakini R.İslamovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

 Bundan başqa , Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı  Kəngərli kənd sakini İ. Həsənovanın evindən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.