Bakıda taksi qiymətləri bahalaşdı - BNA göstəriş verib?

 14:14 09.09.2020     1339

“Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsə qiymətlərlə bağlı hər hansı bir göstəriş verilməyib”.

Bu sözləri Redaktor.az-a BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev taksi şirkətlərinə qiymətlərin qaldırmaqla bağlı göstəriş verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib:

“Qiymət tənzimlənməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin səalihiyyətlərinə aid olan məsələ deyil.

Tövsiyə edərdim ki, bu kimi məsələlər ictimailəşdirilən zaman Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidməti ilə əlaqə saxlanılsın, rəsmi mövqe öyrənilsin. Məlumatın bu formada təqdim edilməsi insanlarda çaşqınlıq yaradır”.

Qeyd edək ki, son günlər Bakıda fəaliyyət göstərən taksilərədə 1,50-2 manata qədər qiymət artımı müşahidə olunur. Taksi şirkətləri qiymət artımını BNA-nın göstərişi ilə oduğunu bildirib. 

Mahir Xəttab / Redaktor.az