Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

 16:10 09.09.2020     1117

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 min 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7140, bu günə qədər isə ümumilikdə 980 min 978 test icra olunub.

Vumart və Güvən reklamı Vumart Güvən