Peşə təhsil müəssisələrində boş qalan yerlərə müraciət sayı açıqlanıb

 19:15 09.09.2020     234

Peşə təhsil müəssisələrində boş qalan yerlər üzrə müraciət edənlərin sayı açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Redaktor.az saytına verilən məlumata görə, peşə təhsil müəssisələrində boş qalan yerlərə II mərhələ üzrə 4768 şəxs qeydiyyatdan keçib, onlardan 4206-sı ixtisas seçimini tamamlayıb. II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilir.