Təhsil Nazirliyi vakansiya elan edib

 20:12 09.09.2020     495

Bu ilin 31 avqust - 4 sentyabr tarixlərində   Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, kimya fənni üzrə ümumi təhsil müəssisələrinə keçid balı 30, digər fənlər üzrə isə 36 müəyyənləşdirilib.

Namizədlər 10 sentyabr  saat 14:00-dan 11 sentyabr  saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.