İşçi hüquqları ilə bağlı yeni qurum yaradılır

Azərbaycanda əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin qurulması, işçilərin hüquqlarının daha yaxşı qorunması üçün ''Əməyin Mühafizəsi Mərkəzi'' adlı publik hüquqi şəxs yaradılacaq.
Redaktor.az xəbər verir ki, məqsəd bu sahədə daha yüksək səviyyəli xidməti və maksimum şəffaflığı təmin etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində olacaq "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxs müfəttişliyin labaratoriya imkanlarından istifadə edəcək. Həmin laboratoriyalar istehsalatda iş yerlərinin standartalara uyğunluğu, zərərliyin yoxlanılması, ölçmə və yoxlama aparma və sair funksiyaların yerinə yetirilməsində zəruri rol oynayır.
Sözügedən laboratoriyalar bu qruma imkan verəcək ki, iş yerlərində mikroiqlim, işıqlanma, səs-küy, vibrasiya, tozun və sadə qazların qatılığı, elektromaqnit şüalanması kimi bir çox funksiyaları yerinə yetirə bilsin. Yeni yaradılacaq publik hüquqi şəxsin fəaliyyət istiqamətləri də bəllidir.
Yeni yaradılacaq texniki komitədə isə aidiyyatı dövlət və özəl təşkilatlarının da təmsil olunması nəzərdə tutulur. Bu komitə əməyin təhlükəsizliyi üzrə müasir tələblərlə uyğun standartların hazırlanması işini həyata keçirəcək. //Xəzərxəbər
Mövzu ilə bağlı reportajı təqdim edirik: