Bakı-Qazax yolunda yük maşını aşdı - FOTOLAR

 22:59 09.09.2020     679

Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində yük avtomobili aşıb, qum magistrala dağılıb.

Redaktor.az xəbər verir ki, Bakı istiqamətində hərəkət edən "Shaqman" markalı yük maşını "VAZ" markalı minik maşınla toqquşmamaq üçün qəzadan yayınmağa çalışıb. Bu zaman avtomobil aşıb, daşıdığı qum magistral yola dağılıb.

Hadisə zamanı yük maşınının sürücüsü xəsarət alıb. "Vaz 21 07" markalı minik maşınına isə nisbətən ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo

 

222