Bakının bu prospektində dəhşətli tıxac yarandı

 09:45 10.09.2020     984

Bakının Ziya Bünyadov prospektində tıxac yaranıb.

Redaktor.az xəbər verir ki, “Koroğlu” metrosundan şəhər istiqamətində, “Çermet” körpüsündən başlayan tıxac 20 Yanvar dairəsi istiqamətində uzanır. Hazırda tıxacda nəqliyyatın axını tam dayanıb.

Tıxacın səbəbi bilinmir.