Bakıda polis ac olduğunu deyən uşağa bazarlıq etdi - VİDEO

 11:59 10.09.2020     4462

Bakıda mağazaların birində polisin 15-17 yaşlarında oğlana kömək etməsi insanlar tərəfindən xoş qarşılanıb.

Redaktor.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yeniyetmə polisə yaxınlaşaraq ac olduğunu bildirib və ona yeməyə nəsə almağı xahiş edib.

 

Əldə etdiyimiz məlumata görə, sözü gedən polis əməkdaşı , Nəsimi Post Patrul Xidmətinin (PPX) əməkdaşıdır.

Mahir Xəttab / Redaktor.az