"Çopur Ramiz" belə həbs edildi... - FOTO

 12:12 10.09.2020     1013

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, alınmış əməliyyat məlumatları əsasında keçirilmiş tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanına, rayonun Yuxarı Tala kənd sakini Ramiz Quliyev saxlanılıb.  Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfər,  “Çopur Ramiz”in yaxınları- əvvəllər oğurluğa görə, məhkum olunmuş  Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bakıda polis ac olduğunu deyən uşağa bazarlıq etdi - VİDEO

 11:59 10.09.2020     4646

Bakıda mağazaların birində polisin 15-17 yaşlarında oğlana kömək etməsi insanlar tərəfindən xoş qarşılanıb.

Redaktor.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yeniyetmə polisə yaxınlaşaraq ac olduğunu bildirib və ona yeməyə nəsə almağı xahiş edib.

 

Əldə etdiyimiz məlumata görə, sözü gedən polis əməkdaşı , Nəsimi Post Patrul Xidmətinin (PPX) əməkdaşıdır.

Mahir Xəttab / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən