Gəncədə avtomobil iki piyadanı vurub

 13:58 10.09.2020     1299

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, şəhərin Dədə Qorqud prospektində yolu keçmək istəyən orta yaşlı bir qadını və bir azyaşlını maşın vurub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA

 

 

Tanınmış aparıcıya bu nazirlikdə vəzifə verildi

 15:06 10.09.2020     1094

Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Günel Bəhramqızı özü məlumat verib.

G.Bəhramqızı bildirib ki, artıq fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunda davam etdirəcək: "Təmsil etdiyim qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa məmnuniyyətlə cavablandırmağa hazırıq! Sizi əməkdaşlığa dəvət edir, göstərəcəyiniz dəstək üçün təşəkkür edirəm!"

Qeyd edək ki, Günel Bəhramqızı indiyə qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb, "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "İqtisadi zona" verilişinin aparıcısı olub.